Kateqoriyasız

Ramil Şeydayev “Dinamo”dan ayrıldı – Rəsmi

Millimizin furbolçusu Ramil Şeydayev “Dinamo”dan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Tərəflər bu ilin yayına qədər olan müqaviləni ləğv ediblər. Moskva klubu Şeydayevə təşəkkürünü bildirib.

Xatırladaq ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 9 oyun keçirib (8 Premyer Liqa, 1 kubok) və qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43