Kateqoriyasız

Ramil Şeydayev “Dinamo”dan ayrılır

Moskva “Dinamo”sunun futbolçusu Ramil Şeydayev qışda komandadan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, milli komandamızın üzvü artıq Rusiya klubuna lazım deyil.

“Dinamo”da 8 oyuna çıxan və bir assist edən Ramilə qışda özünə yeni komanda tapması ilə bağlı məlumat verilib.

Qeyd edək ki, 23 yaşlı forvardın “Dinamo” ilə mövsümün sonuna qədər müqaviləsi var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43