Kateqoriyasız

Ramil Şeydayev “fərqləndi”, komandası kubokla vidalaşdı

Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” Rusiya kubokunda 1/16 final oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Moskva klubu aşağı liqa təmsilçisi “Luç”la qarşılaşıb. Görüş Vladivastok klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Dinamo” kubokla erkən vidalaşıb.

Ramil bu oyunda əsas heyətdə meydana çıxıb və əvəzlənmədən meydanda olub. O, ikinci hissənin sonlarında sarı vərəq ilə cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43