16 Sentyabr 2024
Ölkə futbolu

Ramil Şeydayev: “Hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır”

“Yaxşı və sürətli oyun oldu. Asmosfer əla idi. “Eyüpspor” üçün çətin oyun alındı. Bunu azarkeşlərimiz sayəsində gerçəkləşdirdik. Çünki rəqib üzərində böyük təzyiq yarada bildilər. Bu, çox xoşuma gəldi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kocaelispor”un hücumçusu Ramil Şeydayev Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib. O , “Kocaelispor”a keçməzdən əvvəl bir vaxtlar bu komandada çıxış etmiş Rəşad Sadıqovla danışdığını vurğulayıb:

“Danışdıq, amma bu, çox uzun söhbət olmadı. Söhbətimizdə əsasən azarkeşlərimizdən bəhs etdi. Çox yaxşı azarkeşlərimiz olduğunu söylədi. Sonra “Kocaelispor”a keçməkdə yekun qərarın mənə məxsus olduğunu dedi. Dedi ki, özün üçün nəyi yaxşı hesab edirsənsə, həmin qərarı ver. Mən də bura gəlməyi üstün tutdum”.

Şeydayev övbəti turda “Altay”a qarşı matçda oynamaq istədiyini bildirib: “Bu, baş məşqçimizin qərarıdır. Onun verəcəyi qərara hər zaman sayğı duyaram. Çempionluq yolunda da addım-addım irəliləmək lazımdır. İndi hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır. Ora çempion olaraq çıxmaq üçün də addım-addım gedəcəyik. Oyundan-oyuna baxacağıq, bu hədəf üçün cəhd edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43