Ölkə futbolu

Ramil Şeydayev: “Heç nədən razı deyilik”

Ramil Şeydayev heç-heçədən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, dünən keçirilən Malta – Azərbaycan oyununundan sonra millimizin hücumçusu Ramil Şeydayev oyun barəsində açıqlama verib. O, nəticədən narazı olduqlarını bildirib:

“Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik.Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosova qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43