Dünya futbolu

Ramil Şeydayev: “Hücum futbolu oynamaq xoş idi”

Millimizin üzvü Ramil Şeyadyev çıxış etdiyi “Krılya Spvetov” klubun rəsmi syatına müsahibə verib.

O, sabiq komandası olan  Slovakiyanın “Jilina” komandasına qarşı keçirəcəkləri yoxlama matçı barəsində də danışıb:

“Jilina”nın nəticələrini izləməyə çalışıram. Amma komandadan heç kimlə əlaqə saxlamıram. Deyə bilmərəm ki, komandada nələr dəyişib. Göründüyü kimi, klub gənc futbolçuları yetişdirib satır. Əsas məqsədləri budur. Slovakiya çempionatında bu komanda ilə çoxlu qol vurmuşuq. Hücum futbolu oynamaq xoş idi. Məncə, bizimlə görüşdə də hücum futboluna üstünlük verəcəklər. Bunun üçün gənc futbolçuları var. “Jilina” öz çempionatının liderlər qrupunda qərarlaşıb. Ancaq biz də ancaq qələbə üçün çalışacağıq”.

2017-ci ildə “Jilina”da çıxış edən Şeydayev 13 oyuna 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43