İdman

Ramil Şeydayev “Jilina”ya qələbə qazandırdı

Millimizin hücumçusu Ramil Şeydayev çıxış etdiyi “Jilina”nın heyətində Slovakiya çempionatında növbəti qolunu vurub.

İdmanxeber.com-un məlumatına görə, gənc forvard 27-ci turun “Zemplin Mikalovke” ilə səfər görüşündəı fərqlənib. Görüşün 74-cü dəqiqəsində meydana daxil olan və 10 dəqiqə sonra rəqib qapısından top keçirdən Şeydayev komandasına minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, “Jilina” hazırda 27 oyundan sonra 64 xalla liderdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43