28 Noyabr 2020
Kateqoriyasız

Ramil Şeydayev klubunu dəyişir

Millimizin hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvardın “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq və o, iyulun 1-dən azad agent statusu daşıyacaq.

Rusiya mətbuatı yazır ki, Şeydayev çox güman ki, klubunu dəyişəcək. O, Samara təmsilçisindən ayrılaraq başqa bir Premyer Liqa klubuna keçə bilər.

Qeyd edək ki, ötən il “Krılya Sovetov”a keçən Ramil Şeydayev geridə qalan mövsümdə 18 oyun keçirib, 4 qol, 1 assistlə yadda qalıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“APOEL-lə oyunlar çox vacibdir” – Faysal Rerras

admin

Tofiq Bəhramovun xatirəsi yad olundu

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin