Ölkə futbolu

Ramil Şeydayev “Kocaelispor”a qoşuldu

Millimizin futbolçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb. O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüş öncəsi komandası ilə məşqə çıxıb.

“Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43