Dünya futbolu

Ramil Şeydayev komandasını xilas edə bilmədi

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Slovakiyanın “Jilina” komandasının heyətində növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, gənc hücumçu ölkə kubokunun 1/4 final mərhələsində “Skaliça”ya qarşı keçirilən matçda forma şansı qazanıb. Millimizin üzvü qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub və sona qədər mübarizə aparıb.

Matç “Skaliça”nın qələbəsi ilə (3:2) başa çatıb. Bu nəticə ilə yığma üzvünün komandası kubokda mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43