Kateqoriyasız

Ramil Şeydayev “Krılya Sovetov”da qalır?

Rusiyanın “Krılya Sovetov” klubu millimizin futbolçusu Ramil Şeydayevə yeni müqavilə təklif etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına Samara təmsilçisinin müqaviləsinin müddətini uzatmaq istədiyi üç oyunçu arasında  23 yaşlı hücumçu da var. “Krılya Sovetov”un komandada saxlamaq istədiyi digər futbolçular isə Azərbaycan əsilli Aleksandr Səmədov və Maksim Kanunnikovdur.

Qeyd edək ki, Şeydayevin Rusiya təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43