02 Oktyabr 2020
Kateqoriyasız

Ramil Şeydayev “Lex”ə keçə bilər

Moskva “Dinamo”sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşməyib.

23 yaşlı hücumçu karyerasını Polşada davam etdirə bilər. Azad agent statusu daşıyan hücumçu “Lex”ə təklif edilib. Poznan təmsilçisi yaxın günlərdə Şeydayevlə bağlı qərar verəcək.

Lex Ekstraklasada 20 turdan sonra 31 xalla 16 kollektiv arasında 5-ci yerdə qərarlaşıb. Lider “Legiya”nın 38 xalı var.

Azərbaycan millisinin üzvünün ilk seçimi Rusiya Premyer Liqasında qalmaqdır. Ancaq hazırda ona real təklif yoxdur. Futbolçunun Türkiyənin “Bursaspor” klubuna keçəcəyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

Şeydayev 2019-cu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” və “Neftçi”dən qələbə

admin

“Qarabağ” turu keçmək üçün nə etməlidir?-mütəxəssislərin rəyi

admin

Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş – Foto+Video

admin