Ölkə futbolu

Ramil Şeydayev Mbappe və Halandla eyni siyahıda

Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə Avropanın bombardirləri sırasına düşüb.

İdmanxeber.az-ın məlumatına görə,  “Qarabağ”ın hücumçusu ötən il vuruduğu 25 qolla 21-ci sırada qərarlaşıb.

Siyahıya PSJ-nun ulduzu Mbappe başçılıq edir. 24 yaşlı hücumçunun aktivində 56 qol var. Fransalı hücumçu ikinci yerdəki Erlinq Halandı 10 qol qabaqlayıb.

Minimum 25 qol vuran oyunçuların yer aldığı siyahıya Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo düşə bilməyib.

Futbolçu Klubu Ölkəsi Qollar Cəmi
ML ÖK BKT MK
1 Kilian Mbappe PSJ Fransa 32 3 9 12 56
2 Erlinq Haland “Mançester Siti” (İngiltərə) Norveç 30 2 5 9 46
3 Robert Levandovski “Barselona” (İspaniya) Polşa 29 9 4 42
4 Boris Kopitoviç “Tampines” (Sinqapur) Monteneqro 35 5 1 41
5 Kristofer Nkunku “Leypziq” (Almaniya) Fransa 25 5 7 37
6 Harri Keyn “Tottenhem” İngiltərə 26 3 1 5 35
7 Amal Pelleqrino “Bude/Qlimt” Norveç 25 1 8 34
8 Kərim Benzema “Real” (İspaniya) Fransa 19 2 11 1 33
9 Qarban Kuqlan “Kaşmere” (Yeni Zelandiya) İrlandiya 33 33
10 Vissam Ben Yedder “Monako” Fransa 22 3 4 1 30
11 Kodi Qakpo PSV Niderland 15 3 6 5 29
12 Nemanya Bilbiya “Jrinski” Bosniya və H. 26 2 28
13 Marko Livaja “Hayduk”, Split Xorvatiya 26 2 28
14 Sölvi Vatnamar “Vikinqur” Farer adaları 20 5 2 27
15 Poll Klettskard Farer adaları 18 5 3 26
16 Olivye Jiru “Milan” (İtaliya) Fransa 12 3 4 7 26
17 Hani Muxtar “Naşvill” (ABŞ) Almaniya 23 3 26
18 Nikola Krstoviç “Dunayska” (Slovakiya) Monteneqro 18 3 5 26
19 Qonçalo Ramos “Benfika” Portuqaliya 15 1 6 4 26
20 Aleksandar Katay “Srvena Zvezda” Serbiya 21 3 2 26
21 Ramil Şeydayev “Qarabağ” Azərbaycan 18 4 1 2 25
22 Mislav Orşiç “Dinamo”, Zaqreb Xorvatiya 17 7 1 25
23 Andre-Pyerr Jinyak “Tiqres” (Meksika) Fransa 25 25
24 Dominik Stolz “Hesperance” (Lüksemburq) Almaniya 24 1 25
25 Georgios Cakumakis “Seltik” (Şotlandiya) Yunanıstan 18 5 1 1 25
26 Martin Adam “Ulsan” (Cənubi Koreya) Macarıstan 25 25
27 Daniel Qazdaq “Filadelfiya” (ABŞ) Macarıstan 24 1 25
28 Omer Atzili “Makkabi”, Hayfa İsrail 19 4 2 25
29 Fernando Forestieri “Coxor” (Malayziya) İtaliya 13 11 1 25
30 Raymonds Krollis “Valmiera” Latviya 24 1 25

Qeyd: ML (milli liqa), ÖK (ölkə kuboku), BKT (beynəlxalq klub turniləri), MK (milli komanda)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43