Millimizin futbolçusu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubuna keçidi yubanır
İdmanxeber.az “ozgurkocaeli” saytına istinadən xəbər verir ki, əslində Ramil bugün Kocaeli təmsilçisinə qoşulmalı idi. Lakin futbolçu şəxsi işlərini yoluna qoya bilmədiyindən Türkiyəyə yollanmayıb.
Sayt yazır ki, Şeydayev yaxın 1-2 gündə komandaya qoşulacaq və klubda ilk məşqinə çıxacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son iş yeri Taylandın “Buriram” klubu olub.