Ölkə futbolu

Ramil Şeydayev: “Niyə bura gəlmişəm və futbolu niyə oynayıram?”

“Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Hərçənd matça yaxşı başlamışdıq”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, penaltidən buraxdıqları qolun qırılma anı olduğunu bildirib: “Vəziyyəti düzəltmək üçün komandamız irəli atıldı. Bu zaman boş zonalar yarandı. Rəqib bundan istifadə edərək, ikinci qolu vurdu. Nəticədən məyusuq”.

21 yaşlı hücumçu “Qarabağ” keçidi barədə də danışıb: “Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam. Məqsədim əsas heyətdə oynamaqdı. Bu barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?”

Qeyd edək ki, müqavilə ilə “Trabzonspor”a məxsus olan Şeydayev bu mövsümün sonuna kimi “Qarabağ”da icarə əsasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43