Dünya futbolu

Ramil Şeydayev oynadı, komandası Çempionlar Liqasında məğlub oldu

Millimizin hücumçusu Ramil Şeydayev Çempionlar Liqasında debüt edib.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kopenhagen”lə matçda meydana çıxıb.  

Slovakiyanın “Jilina” komandasının formasını geyən Ramil Danimarka çempionu ilə görüşdə 57-ci dəqiqədə Otubanjonun əvəzinə oyuna qoşulub.

İlk hissədən sonra Şeydayevin komandası hesabda öndə olsa da, ikinci hissədə azlıqda qaldıqdan sonra məğlubiyyət acısı yaşayıb – 1:3.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43