Ölkə futbolu

Ramil Şeydayev: “Özümü oynamağa hazır sayıram”

O, yeni komandasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü “Kırılya Sovetov”la Rusiya Premyer Liqasında debüt oyununa çıxıb. Qarşılaşmanın ardından yerli mətbuata açıqlama verən Şeydayev oynamağa hazır olduğunu bildirib:

“Bir həftədir ki, buradayam. Özüm yaxşı hiss edirəm və oynamağa hazıram. Mənim “Mattersburq”la müqavilə bağladığım haqda xəbərlər çıxır. Bunlar tamamən şayiədir. Burada Azərbaycan və  ya Rusiya vətəndaşlığı ilə oynadığımı bilmirəm. Açığı bu cür şeylərə qarışmıram. Bu barədə klub rəhbərliyindən soruşun”.

Qeyd edək ki, Ramil Şeydayevli “Krılya Sovetov” dünən Rusiya Premyer Liqasının IV turunda doğma meydanda “Lokomotiv”ə 0-1 hesabı ilə məğlub olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43