Dünya futbolu

Ramil Şeydayev “qırmızı” aldı, komandası uduzdu

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” bu gün Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Samara təmsilçisi 26-cı turda səfərdə “Zenit”in qonağı olub. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun pasından sonra komanda yoldaşı Serqey Tkaçuk rəqib qapısına yol tapıb. Şeydayev 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 57-yə çatdıran “Zenit” liderliyini qoruyub. “Krılya Sovetov” isə 27 xalla 13-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43