Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” Türkiyə I Liqasında növbəti oyununu keçirib.
İdmanxeber.az məlumat verir ki, evində “Giresunspor”la qarşılaşan Kocaeli təmsilçisi görüşdən qələbəylə ayrılıb – 2:0.
Görüşdə ilk qolu Ramil Şeydayev vurub. O, komandasının heyətində ilk dəfə fərqlənib.
“Kocaelispor” 52 xalla 4-cü yerdədir.