İdman

Ramil Şeydayev qol vurdu, komandası qalib gəldi – VİDEO

Slovakiya çempionatında XXV turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə,  bu tur çərçivəsində millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” doğma meydan matçına çıxıb. Komanda “Presov”u qəbul edib. Görüş yığmamızın futbolçusunun klubunun qələbəsi ilə başa çatıb – 3:0.

Ramil oyuna ehtiyat oyunçular skamiyasında başlayıb və 62-cı dəqiqədə (komandası 1:0 hesabı ilə öndə olan zaman – red) oyuna daxil olub. Onun oyuna daxil olmasından 12 dəqiqə sonra “Jilina” hesab arasındakı fərqi artırıb. 79-cu dəqiqədə isə Ramil qarşılaşmada son nöqtəni qoyub.

Bu, Şeydayevin “Jilina”dakı ilk qolu olub.

Qeyd edək ki, “Jilina” 55 xalla turnir cədvəlində liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43