Kateqoriyasız

“Ramil Şeydayev qol vurmalıdı” – “Dinamo”nun baş məşqçisi

Moskva “Dinamo”sunun klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin “Lokomotiv”lə oyundakı çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, o ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib:

“Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək”.

Qeyd edək ki, Moskva klubunda 5 oyuna çıxan Ramil hələ ki, yeni komandasında qol hesabını açmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43