Dünya futbolu

Ramil Şeydayev rəsmən Slovakiya klubunda

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubu ilə razılığa gəldiyi haqda məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü artıq Slovakiya təmsilçisi ilə müqavilə imzalayıb. Bu barədə AFFA-nın rəsmi "facebook" səhifəsi məlumat yayıb.

"Trabzonspor"a məxsus olan Şeydayev Slovakiya klubunda icarə əsasında çıxış edəcək. Məlumatda futbolçunun hansı müddətə müqavilə imzaladığı bildirilməsə də, bu müddətin 1.5 illik olduğu ehtimal olunur.

Qeyd edək ki, "Jilina" 19 turdan sonra 50 xalla 12 komanda arasında turnir cədvəlinin lideridir. Komandanın aktivində 16 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət var. Bu görüşlər ərzində rəqib qapılarına 55 qol vuran komanda öz qapısından 12 dəfə top buraxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43