Dünya futbolu

Ramil Şeydayev Slovakiya klubuna keçə bilər

Türkiyənin "Trabzonspor" klubunun çıxış edən millimizin üzvü Ramil Şeydayev karyerasını Slovakiyada davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, 20 yaşlı hücumçu hazırda Slovakiya çempionatın lideri olan "Jilina" klubuna icarəyə verilə bilər. Əgər komandalar arasında danışıqlar müsbət nəticələnərsə, Ramil "Jilina" ilə 1,5 illik müqavilə imzalayacaq.  

Qeyd edək ki, Şeydayev mövsümün əvvəlindən çıxış etdiyi "Trabzonspor"un heyətində çıxdığı 3 oyunda 1 qol vurmağı bacarıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43