Kateqoriyasız

Ramil Şeydayev üçün 3 rəqib: Avstriyaya getdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedib.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 7-nə qədər davam edəcək hazırlıq prosesində “Krılya Sovetov” 3 yoxlama oyunu keçirəcək.

Samara təmsiçisi iyunun 29-da “Hayduk” (Xorvatiya), iyulun 6-da “Çelye” (Sloveniya), ertəsi gün isə “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43