Dünyadan

Ramil Şeydayev üçün növbəti uğursuzluq

Türkiyənin “Trabzonspor” klubu çempionatın ikinci dövrəsi üçün hazırlıqları davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Türkiyənin tanınmış “Fanatik” qəzeti Qara dəniz təmsilçisinin hazırlıqlarından bəhs edən geniş yazı hazırlayıb.

Futbolçuları ayrı-ayrılıqda dəyərləndirən türkiyəli həmkarlarımız milli komandamızın üzvü Ramil Şeydayev haqqında da yazıblar:

“Ramil yüngül zədəsi olduğu üçün toplanlışda komanda ilə birlikdə məşq edə bilmədi. Bərpa prosesindən sonra düz qaçışlara başladı. Demək olar ki, bu toplanış onun üçün deyildi.  Onun üçün çox uğursuz bir period oldu”.

Qeyd edək ki, mövsümün əvvəlində “Zenit”dən “Trabzonspor”a transfer olunub. O, komandanın heyətində keçirdiyi 3 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43