19 Oktyabr 2019
Dünya futbolu

Ramil Şeydayev üçün yeni baş məşqçi – rəsmi

Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo”nun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Moskva klubunda  istefa verən Dmitri Xoxlovu Kirill Novikov əvəz edib. Lakin Novikov bu posta müvəqqəti təyin olunub.

“Dinamo”nun gənclərdən ibarət komandasını çalışdıran Novikov yeni baş məşqçi təyinatına qədər bu vəzifəni icra edəcək. 38 yaşlı mütəxəssis paralel olaraq həm də klubun gənclərdən ibarət komandasını çalışdırır.

Qeyd edək ki, “Dinamo” Rusiya Premyer Liqasında 12 turdan sonra 10 xalla 15-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

“Qalatasaray”dan inamlı qələbə – VİDEO

admin

Premyer Liqanın ən yaxşısı bəlli oldu

admin

Həftənin ən gözəl qol ötürmələri – VİDEO

admin