Kateqoriyasız

“Ramil Şeydayev xaricdə qalsaydı, daha yaxşı olardı” – Bəhlul Mustafazadə

Premyer Liqanın 18-ci turunda evdə “Səbail”lə 0:0 hesablı heç-heçə edən “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə oyundan sonra jurnalistlərə müsahibə verib.

22 yaşlı futbolçu öncə nəticəni şərh edib:

– İlk dəqiqələrdə azlıqda qalmaq işimizi çətinləşdirdi. Düşünürəm ki, 11 nəfərlə davam etsəydik, qələbə qazanmaq şansımız çox idi. Fikrimcə, ədalətli oldu. Bizim də epizodlarımız oldu, amma ədalətli hesab qeydə alındı.

– Yevgeni Koçukun qırmızı vərəqə alması doğru qərar idi?
– O epizodu görmədim. Lakin komanda yoldaşlarım hakimin haqlı olduğunu söylədi.

– “Sabah” qış fasiləsindən sonra yüksəlişdədir. Bunun səbəbi nədir?
– Məşqçinin istədiklərini artıq daha yaxşı anlayırıq. İlk vaxtlar çətin olurdu. Bir neçə məşqçi dəyişmişdik. Təlim-məşq toplanışı keçdik və zamanla Jelko Sopiçin istədiklərini qavradıq. Bunu reallaşdırdıqca nəticə də gəldi.

– Ramil Şeydayevin Avropadan “Sabah”a gəlməsinə üzülürsən, yoxsa sevinirsən?
– Ramilin komandamıza gəlməsi üstünlükdür və buna sevinirəm. Ramilin şəxsi karyerasından danışmaq çətindir. Əlbəttə, xaricdə qalsaydı, onun üçün daha yaxşı olardı. Çünki xaricdə daha çox inkişaf etmək mümkündür. Ramil çalışqandır və öz üzərində işləyir. İstədiyi hədəflərə gedə biləcəyini düşünürəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Vətən şəhidlərini heç vaxt unutmayacaq – 20 yanvar

admin

“Qəbələ”nin futbolçusu “Qarabağ”la oyundan sonra xəstəxanalıq oldu

admin

Çempionlar Liqasının topu tanıdıldı (FOTO)

admin