Ölkə futbolu

Ramil Şeydayev yeni klubundan danışıb

“Futbolda yeni deyiləm”

İdmanxeber.az-ın məlumatına görə, Milli komandamızın oyunçusu Ramil Şeydayev yeni klubu olan “Krılya Sovetov”un rəsmi saytına açıqlama verib. O, kluba uyğunlaşdığını bildirib:

“Bir həftədir ki, buradayam. Klubda yeni olsam da, futbolda yeni deyiləm.Təəssüf ki, debütum uğursuz oldu. İlk hissədə yaxşı oynaya bilmədik. Fikrimcə, ikinci hissədə yaxşı idik. Özümü daim oynaya biləcəyim səviyyəyə gətirmək istəyirəm. Baş məşqçi nə vaxt şans versə, o zaman oynayacam.  Düşünürəm ki, bura uyğunlaşmaq mənə çətin olmayacaq. Komandada hər kəs məni yaxşı qarşıladı. Vaxt keçdikcə daha yaxşı səviyyəyə gələcəyik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43