Kateqoriyasız

Ramil Şeydayevdən məhsuldar ötürmə, “Dinamo”dan qələbə

Rusiya Premyer Liqasında 3-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su evdə “Ural”a 2:0 hesabı ilə qalib gəlib.

Ramil oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Şeydayev komandasının ikinci qolunun məhsuldar ötürməsini verib.

“Dinamo” 3 turdan sonra 4 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43