Ölkə futbolu

Ramil Şeydayevə güvənmədilər

Slovakiya çempionatında 2-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin klubu “Jilina” “Tatran Presovu” qəbul edib. Qonaqlar 3:2 hesabı ilə qələbə qazanıblar.

Ramil Şeydayev oyunun sifariş ərizəsində yer almayıb.

Qeyd edək ki, 2 turdan sonra ehtiyatında 0 xal ola son çempion “Jilina” 12 komanda arasında 11-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43