Kateqoriyasız

Ramil Şeydayevi Rəşad Sadıqov bildilər – Video

Azərbaycan millisinin və “Sabah”ın hücumçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.

Bu barədə futbolçu özü feysbuk hesabında paylaşım edib.

Şeydayev qeyd edib ki, azyaşlı uşaqlar onun kim olduğunu bilməyiblər: “Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər “hə, Rəşad Sadıqov”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43