Dünya futbolu

Ramil Şeydayevin məhsuldar ötürməsi – VİDEO

Slovakiya çempionatında XXVI turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Trnava”nın qonağı olub.

Qarşılaşma “Jilina”nın qələbəsi ilə başa çatıb. Qələbədə Şeydayevin də payı olub. Komandanın ilk qolunun ötürməsini millimizin üzvü verib. Gənc forvard 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbədən sonra “Jilina” xallarının sayını 58-ə çatdırıb və liderliyini bir qədər də möhkəmləndirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43