Ölkə futbolu

Ramil Şeydayevin rəqibi azaldı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” klubunda növbəti ayrılıq baş verib. 

İdmanxeber.com-un yerli mətbuata istinadən məlumatına görə, “bordo-mavililər” Oskar Kardozo ilə vidalaşıblar.

 

“Olimpiakos” Paraqvay millisinin forvardı üçün rəsmi müraciət edib. Tərəflər arasındakı anlaşmaya görə, 33 yaşlı futbolçunun keçidi “Trabzonspor”a 1,5 milyon avro qazandıracaq. Kardozonun yeni komandasında illik məvacibi isə 2 milyon avro olacaq.

 

Qeyd edək ki, 2 il əvvəl 5 milyon avro qarşılığında “Benfika”dan alınan Oskar Kardozo “Trabzonspor”un heyətində keçirdiyi 66 oyunda 28 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43