Dünya futbolu

Ramil Şeydayevin Slovakiya klubunda debüt şansı

“Trabzonspor”dan Slovakiyanın “Jilina” klubuna icarəyə verilən Ramil Şeydayev bu gün yeni komandasında debüt edə bilər.

İdmanxeber.com-un məlumatına görə, “Jilina” bu gün ölkə çempionatının 19-cu turu çərçivəsində “Zlate-Moravçe”ni qəbul edəcək.

Komandanın baş məşqçisi Adrian Qula bugünkü görüşdə millimizin hücumçusuna şans verməyi planlaşdırır.

Bu barədə klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis futbolçunun bu oyuna tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ramilin oynaması ilə bağlı bütün hüquqi məsələlər artıq həllini tapıb.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43