Kateqoriyasız

Ramil Şeydayevin yeni klubu bilindi

Moskva “Dinamo”sundan ayrılan Ramil Şeydayevin klubsuz günləri başa çatıb. O, karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı hücumçu “Sabah”la anlaşıb. Milli üzvü ən azı mövsümün sonuna qədər paytaxt klubunun formasını geyinəcək. Keçid yaxın zamanda rəsmən açıqlanmalıdı.

“Zenit”in yetirməsi olan forvard karyerası ərzində Rusiyada Sankt-Peterburq klubunun ikinci komandası, “Krılya Sovetov” və “Dinamo”, Türkiyədə “Trabzonspor”, Slovakiyada “Jilina”, Azərbaycanda isə “Qarabağ”ın formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43