Dünya futbolu

Ramil Şeydayevin yeni mövsüm çıxış edəcəyi klub bəlli oldu

Millimizin hücumçusu Ramil Şeydayev karyerasını “Krılya Sovetov”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Samara təmilçisi hücumçuya yeni müqavilə təklif edib. Ramil bu təklifə müsbət yanaşıb və komandada qalmağa razılaşıb.

Şeydayev bu gün klubun Avstriyadakı təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi “Krılya Sovetov”da 18 oyuna 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43