Dünya futbolu

Ramil Şeydayevli “Jilina” darmadağınla qalib gəldi

Slovakiya çempionatında XXXII turun oyunları davam edir.

Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

Sona 5 tur qalmış çempionluğunu təmin edən komanda səfərdə “Moravçe”nin qonağı olub. Qarşılaşma “Jilina”nın 4 – 1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü oyuna start heyətində başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda “Jilina”nın aktivinda 70 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43