Ölkə futbolu

Ramin Musayev: “1 milyon ver, kuboku apar”

“Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən?”.

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, klub rəhbərlərinin ona pul təklif etdiyini deyib. 

Bundan əlavə, Musayev oyunlarda səhvə yol verən hakimlərin cəzalanacağını deyib.

“Klublardan şikayət gəlsə də, gəlməsə də, görüntülərin hər biri izlənir. Hakim səhvi varsa, cəzalanır. Bizdə adət-ənənəyə çevrilib: Uduzan komanda bütün günahı hakimlikdə görür. Son saniyələrdə məğlubiyyətdən xilas olan komanda da “Hakim bizim 3 xalımızı aldı” deyir. Elə hakim yoxdur ki, səhvinə görə cəzalanmasın. Çalışırıq ki, qərəz olmasın. “Hamı deyir ki, alıb-satdılar. Kimi alıb-satdıqları məlum deyil. Hazırda Premyer Liqanı idarə edə biləcək 8 referi var. Onların hamısına derbi həvalə etmək olmaz. Əcnəbi hakimi o zaman dəvət edərik ki, yerli baş hakimlərin yarısı cəzalandırılsın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43