Ölkə futbolu

Ramin Musayev göstəriş verdi, PFL rəsmiləri Naxçıvana getdi

Peşəkar Futbol Liqasının başçısı Ramin Musayev bu gün Naxçıvandakı stadionun hazırki vəziyyəti ilə tanış olmaq üçün nümayəndələrini ora yollayıb.

Qrumun rəsmiləri stadionun soyunub-geyinmə otağını və bir sıra əraziləri gözdən keçiriblər. Burada əsas müzakirə mövzusu "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında 28 maydakı olayların bir daha təkrarlanmaması olub.

Xatırladaq ki, Superkubok oyunu oktyabrın 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43