Ölkə futbolu

Ramin Musayev “Neftçi” və “Xəzər Lənkəran”dan razı qalmadı

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Böyük oyun”dan sonra jurnalistlərə kiçik açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, qurum başçısı oyundan razı qalmadığını dilə gətirib:

Sakit və normal oyun keçdi. Meydanda mübarizə var idi. Amma komandalardan gözlədiyim oyunu görmədim”.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43