Ölkə futbolu

Ramin Musayev: “Rövnəq Abdullayev mənə zəng elədi”

“Rövnəq Abdullayev AFFA-ya gələndən sonra bizim çempionatda komandalar qanunu və layiqli yerlər tutublar. Rövnəq Abdullayevin burada olmaması isə işi ilə bağlıdı. Bilirsiz ki, o təkcə AFFA prezidenti deyil. Başqa işləri də var. Ancaq medalları verəndə zəng eləmişdi, maraqlanırdı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.

Qurum başçısı jurnalistlərə açıqlamasında “Rəvan”ın Pemyer Liqada qalması ilə bağlı verilən sualları belə cavablandırıb:

“Bugünkü reqlamentə görə, bəli, “Rəvan” Premyer Liqanı tərk etdi. Son turdan qabağ vitse-prezident Bəhruz Şirəliyevlə görü.ümüz oldu və o, bildirdi ki, biz çempionatda qalmasaq belə, həvəsdən düşməyəcəyik. Bundan əlavə Bəhruz müəllim bildirdi ki, Nuru Əliyev (“Rəvan”ın sahibi) bildirib ki, biz birinci diviziona düşsək belə, yenidən Premyer Liqaya yüksəlmək üçün oynayacağıq. 

Mən 12 yox, 20 də olsa tərəfdayıram. Ancaq lisenziya məsələsi var. AFFA-nın Lisenziya komitəsi var. Əgər çempionata yüksək diqqət ayırsalar və sponsor tapsalar təbii ki, 12 komandanmın olmasının tərəfdarı olaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43