26 Avqust 2019
Ölkə futbolu

Ramin Quliyev: “Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur”

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır”.

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib. “Sumqayıt”ın U-19 komandası ilə qarşılaşan yığma 4:0 hesablı qələbə qazanıb. U-17 millinin baş məqçisi Ramin Musayev oyundan sonra açqılama verib:

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.

Oxşar xəbərlər

“Zirə” – “Differdanj” oyunu canlı yayımda

admin

“İnter” “Spartak”a qalib gəldi

admin

“Kəpəz” qisas arzusunda

admin