Milli komanda

Ramin Quliyev: “Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır”

Millimiz seçmə mərhələdə ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyevin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində  Norveç yığması ilə keçirilmiş oyunla bağlı  fikirlərini bildirib:

“Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu. Rəqib əsasən uzun ötürmələrdən istifadə edir, cinahlardan hücum təşkil edirdi. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ard-arda 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar ki, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.

Qeyd edək ki, yığma komandamız Norveçə 4:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43