Dünya futbolu

Ramos: “Pike ilə dostluğumuz ildən-ilə güclənir”

İspaniya millisinin və “Real”ın üzvü Serxio Ramos “Barselona”nın futbolçusu Jerer Pike ilə münasibətlərindən danışıb.

Idmanxeber.com-un məlumatına görə, 31 yaşlı müdafiəçi millidə komanda yoldaşı olan Pike ilə dost olduqlarını deyib:

“Bizdə hər şey qaydasındadır. Pike ilə dostam və dostluğumuz ildən-ilə güclənir. Bunu biz millidə bir yerdə oynayanda görmək olar”.

Qeyd edək ki, uzun müddətdir İspaniya millisində birgə çıxış edən bu futbolçuların arasında son zamanlar söz davası baş verir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43