27 Sentyabr 2022
Kateqoriyasız

“Rapid”ə qarşı hansı heyətin oynayacağından danışmayacam”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının I turunda “Şamaxı” üzərindəki səfər qələbəsini şərh edib.

İdmanxeber.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 qalib gəldikləri matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“Üç xal qazandığımıza görə sevinirəm. Bizim üçün bir az çətin perioddur. Bugünkü oyunun start heyətində daha çox ikinci heyətdə yer alan futbolçular var idi. Onlar da şans, təcrübə qazanmalıdır. Əsas düşüncəmiz avrokuboklarda növbəti mərhələyə adlamaqdır. Meydança sünii örtüklü olduğuna görə, futbolçularımın zədələnə biləcəyindən narahat idim. Qapıçımızı itirdik və bu, üzücüdür. Ümidvaram ki, Aqil tezliklə komandaya qoşulacaq. Hazırda cəmi iki qapıçımız var. Çünki Rza da milli komandanın heyətindədir. Çətin vəziyyətdəyik”.

Rumıniyalı mütəxəssis əsas heyətdə meydana çıxan gənc futbolçular barədə fikirlərini bildirib: “Bütün futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Bu görüş Avstriyada keçirəcəyimiz “Rapid”lə oyuna hazırladığımız planın bir hissəsi idi. Əsas odur ki, üç xalı qazandıq. Bizim üçün vacib idi. Uşaqlardan pozitiv siqnallar aldım. Fasilə zamanı onlara dedim ki, özlərinə daha çox inanmalı, meydanda daha təhlükəli, qapıya daha meyilli olmalıdırlar. Hamısı demək olar ki, ilk dəfə idi, birlikdə oynayırdılar. Meydanda çox aqressiv idilər, rəqibə yaxın oynamağa çalışırdılar. Top itkisindən sonra onu dərhal qazanmağa çalışırdıq. Topa daha çox biz sahib idik. Düşünürəm ki, oyundan-oyuna daha da artıracaqlar və inam gələcək”.

Regekampf “Başakşəhər”dən yenidən icarəyə götürülən Mert Çelik və “Minsk”dən transfer edilən Yegor Boqomolski barədə isə bu cür danışıb: “Rapid”ə qarşı hansı heyətin oynayacağından danışmayacam. Sırf olaraq, Mert haqda da danışmaq istəmirəm. Düşünürəm ki, müdafiə xəttindəki futbolçuların hamısı yaxşı oyun göstərdi. Biz Mertin keyfiyyətini bilirdik, ona görə komandamıza cəlb etdik. Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, oyunçuların hamısı oynamalıdı. Ağır proqramdı, amma yüksək səviyyə tələb olunur.

Yegor Boqomolski bu gün çox qaçdı. İlk rəsmi oyunu idi. Mübarizə apardı, birinci hissədə də qol vurmaq üçün şans əldə etdi. Son saniyədə isə qərar verə bilmədi. Yeqor futbolçudu, amma döyüşkəndir, səviyyəsini qaldırmaq üçün kifayət qədər vaxtı var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

Səxavət Qurbanov

Xulen Lopeteqi: “Qarabağ”da güclü futbolçuların olması qələbəni çətinləşdirir”

admin

Çempionlar Liqasının III təsnifat mərhələsində günün nəticələri

admin