Kateqoriyasız

Rasim Əliyevi öldürənlərə 63 il iş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İdmanxeber.com-un “Report”a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edib. Prokuror E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.

Məhkəmənin növbəti prosesi martın 1-nə təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43