Ölkə futbolu

Rasim Ramaldanov: “Buna inanırdım” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun idmanxeber.com saytına müsahibəsi

– İlk olaraq bugünkü (dünən) seçimlərlə bağlı fikirlərini bildirərdin. Səncə, ilin "ən yaxşıları" bu mükafata layiq idi?

Məncə hə. Kimlər layiq idi, onlar da mükafatına sahib çıxdı.

– Milli komandada ən çox oyun keçirən futbolçu  sən oldun. Bu haqda nə deyərdin?

İlk öncədə bilirdim ki, millinin heyətində bu il mən daha çox meydana çıxmışam. Ona görə də bu mükafatı gözləyirdim. Buna çox sevinirəm. Bundan sonra çalışacağam ki, daha çox titullar qazanım.

– Artıq məsuliyyət daha da artdı, desək yanılmarıq…

Düzdü. Bundan sonra daha çox çalışacam ki, meydanda əvəzlənmədən komandaya kömək edim.

– Keçək "Xəzər Lənkəran"ın Premyer Liqadakı çıxışına… Dənizli ilə ilk çempionat qələbəsini "Rəvan" üzərində qazandız.

Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Ancaq biz inanırıq ki, Mustafa Dənizli ilə istəyimizə nail olacağıq. Bütün komanda, rəhbərlik buna inanır.

– Sona bir tur qalıb. Səncə, "Xəzər Lənkəran" hansı mövqelərə transferlər etməlidi?

Son turda da qələbə qazanmaq üçün meydana çıxacağıq. Qaldı ki, transferlərə… Bunun mənim deməyim düzgün çıxmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43