Ölkə futbolu

Rasim Ramaldanov özünə yeni klub tapdı – RƏSMİ

Bir müddətdir klubsuz qalan müdafiəçi Rasim Ramaldanovun yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, millinin sabiq müdafiəçisi Gürcüstanın “Kolxeti Poti” klubuna transfer olub.

Bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat verib.

O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Ramaldanov “Kolxeti”nin düşərgəsinə də artıq qoşulub. 

 

Qeyd edək ki, Rasim Ramaldanov “Sumqayıt”dan öncə “Xəzər Lənkəran” və “Simurq” klublarının da formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43