İdman

Rasim Ramaldanov qovuldu

Millimizin sabiq futbolçusu Rasim Ramaldanovun şərəfini qoruduğu “Kolxeti” Gürcüstan çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Poti təmsilçisi 13-cü tur çərçvəsində 

səfərdə “Dila” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da məğlubiyyətlə ayrılıb – 0:1.

Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb. Lakin o, görüşün 47-ci dəqiqəsində qırmızı vərəqəalaraq meydandan qovulub.

Qeyd edək ki, “Kolxeti” 13 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət “qırmızı qrup”da 4-cü pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43