Müsahibə

Rasim Ramaldanovdan təəssüf dolu sözlər: “Ağır vəziyyətdəyik” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanovun idmanxeber.com saytına müsahibəsi.

– “Bakı”ya məğlubiyyəti gözləyirdinmi?

– Gölənilməz hesab oldu. Başa düşə bilmədim, necə oldu ki, 3:0 uduzduq.

– İlk hissə qolsuz başa çatdı. Toşak fasilədə sizə nə dedi?

– Heçnə demədi. Həqiqətən komanda pis oynadı və uduzduq.

– Toşakın gedəcəyi artıq bəlli idi? Ətraflı məlumat verərdin…

– Uduzanda heç kimin kefi yox idi. Hamı başı aşağı oturmuşdu və Toşak da bir söz demədi. Heç kimin danışmağa sözü yox idi.

– Sizinlə sağollaşmadan getdi? Sağollaşanda nə dedi?

– Bilmirəm, bəlkə də sağollaşdı, amma mən sağollaşmağın görmədim. Ancaq bəlkə hələ sağollaşacaq (gülür).

– Bəs klub rəhbərliyi sizə nə dedi?

– Qardaşım, belə qalmaqallı sual vermə də… (gülür).

– Bu yenilgidən sonra nəyə ümid edirsiz? Çempionluq əldən gedir…

– Biz də çox ağır vəziyyətdəyik. İndi ürək-dirək lazımdır ki, komanda bu vəziyyətdən çıxsın. Mən hələ ümidlərimi üzməmişəm. Qarşıda çox oyun var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43